Arvadını, 4 uşağını və özünü öldürdü - Türkiyədə ailə faciəsi

12/10/2024 - 17:47

Türkiyədə ailə faciəsi baş verib. Kişi bütün ailə üzvlərini öldürüb. “Qafqazinfo” “İhlas Haber Ajansı”na istinadən xəbər verir ki, hadisə Qaziantep şəhərinin Şahinbey rayonunda qeydə alınıb. İddiaya görə, məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, 5 yaşlı qızı Azranı, 4 yaşlı oğlu Yusuf Eymeni, 11 yaşlı qızı Mədinəni və 6 yaşlı qızı Edanur Dəmiri silahla öldürüb. Məlumata görə, kişi daha sonra eyni silahla intihar edib.  Hadisə yerinə çox sayda polis və tibbi qruplar cəlb edilib.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30