Avropa Parlamentinin saytına haker hücumu – RUS HAKERLƏR MƏSULİYYƏTİ ÖZ ÜZƏRLƏRİNƏ GÖTÜRÜB

23/11/2022 - 23:01

Avropa Parlamentinin internet saytına edilən DDOS hücumuna (kiberhücuma) görə məsuliyyəti Kreml yönümlü haker qrupu öz üzərinə götürüb.

Qafqaz.media xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola özünün sosial şəbəkədəki hesabında bildirib.

"Avropa Parlamentinin internet saytı mürəkkəb kiberhücuma məruz qalıb. Kreml yönümlü qrup məsuliyyəti öz üzərinə götürüb. Bizim İT mütəxəssislərimiz bununla mübarizə aparır və sistemlərimizi qoruyurlar. Bu, Rusiyanı terrorizmin himayədarı elan etdikdən sonra baş verib. Cavabım belədir. #Ukraynaya eşq olsun!”, - Metsola yazıb.

 

Qafqaz.media