AVROPALI DEPUTATLARDAN SAAKAŞVİLİYƏ DƏSTƏK – Onlar Gürcüstan hakimiyyətini eks-prezidenti xilas etməyə çağırıblar

14/12/2022 - 00:56

Avropanın müxtəlif partiyalarından olan deputatlar həmrəylik əlaməti olaraq Gürcüstanın üçüncü prezidentinin ailəsi ilə görüşüblər.

Qafqaz.media xəbər verir ki, bu barədə Polşa parlamentinin deputatı (Mühafizəkarlar və islahatçılar qrupundan) Anna Fotıqa Twitter-də məlumat verib.

Anna Fotyga tərəfindən yerləşdirilən fotoda Viola von Kramon (Yaşıllar), Petras Austrevičius (Litva, Yenilənmiş Avropa), Michael Haller (EPP), Andrius Kubilius (EPP), Rasa Juknevicienė (EPP) daxil olmaqla, müxtəlif siyasi qrupların deputatları, həmçinin Mixail Saakaşvilinin anası Culi Alasaniya, oğlu Eduard Saakaşvili, Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs, Giorgi Çaladze və başqaları əks olunur. Onlar əllərində "Mişanı xilas et" yazısı olan plakatlar tuturlar.

Qafqaz.media