Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan etdi

02/02/2023 - 13:53

Avstriya dörd rusiyalı diplomatı “persona non-qrata” elan edib.

Bu barədə Avstriya Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat verib.

Nazirliyin məlumatına görə, Rusiya səfirliyinin iki diplomatı öz statuslarına uyğun gəlməyən hərəkətlərə yol verib.

“Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşları arasında iki diplomat Baş Qərargah Sazişinə zidd hərəkətlər edib”, - deyə məlumatda qeyd edilib.

Onlardan Avstriya ərazisini tərk etmək tələb olunub.

Mənbə: Moskva24

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33