AXISXA TÜRKLƏRİNDƏN MƏHMƏTÇİYƏ YUN CORAB HƏDİYYƏSİ – Əlləri ilə hördükləri corabları Afrində xidmət edən əsgərlərə göndərdilər / FOTOLAR

02/02/2023 - 20:38

Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar Türkiyəyə təxliyyə olunan və Elazığ şəhərinin müvəqqəti yaşayış məntəqələrinə yerləşdirilən Axısxalı Türklər Suriyada xidmət edən əsgərlərə əlləri ilə hördükləri yun corabları hədiyyə ediblər.

Qafqaz.media bu barədə Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, DATÜB Ukrayna nümayəndəliyinin Qadın Qollarının təşkil etdiyi qış corabı hədiyyə kampaniyası nəticəsində Elazığ şəhərinin Aşağıdəmirtaş Konteyner şəhərciyində qalan Axısxalı Türklər tərəfindən 536 ədəd yun corab hazırlanıb.

Elazığda məskunlaşan Axısxalı Türklər Afrində xidmət göstərən əsgərlər üçün 536 ədəd yun corab toxuduqlarını və onları çatdırmaq istədiklərini bildirdikdən sonra, hərbi komandanlığın yetkili nümayəndələri konteyner şəhərciyini ziyarət edib. Bu zaman DATÜB Ukrayna Nümayəndəliyi Qadın Qollarının təşkilatçılığı ilə toxuunan yun corablar onlara çatdırılıb.

Yun corabların Suriyada xidmət edən əsgərlərə göndəriləcəyini bildirən hərbçilər, öz problemlərinə baxmayaraq Məhmətçiyi düşünən Axısxalı Türklərə təşəkkür ediblər.

DATÜB İdarə Heyətinin üzvü və Ukrayna Nümayəndəliyinin rəhbəri Marat Rəsulov Axısxalı Türklərin Vətənin qorunmasına töhfə vermək istədiklərini, corabların hərbçilərə çatdırılması zamanı qarşılıqlı duyğusal anlar yaşadıqlarını bildirib.

Marat Rəsulov onu da bildirib ki, hərbçilərə əllə toxunan corablarla yanaşı, Axısxalı uşaqların onlar üçün çəkdikləri şəkillər və əsgərlərə yazdıqları məktublar da təqdim edilib.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12