Azərbaycanda az kükürdlü xam neftin istehsalı azalıb

25/10/2024 - 11:08

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 17 718,33 min. ton az kükürdlü xam neft (tərkibində 0,6 %-ə qədər kükürd olan) istehsal edilib ki, bu da illik müqayisədə 6,05% azdır. Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 17 678,32 min tonu əmtəəlik məhsulun payına düşüb. Bu, illik ifadədə 5,94% azdır.  Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda 24 973,75 min ton az kükürdlü xam nefti istehsal edilib ki, bu da illik müqayisədə 9,7% azdır. Hesabat dövründə Azərbaycanda istehsal edilən xam neftin 24 892,89 min tonu əmtəəlik məhsulun payına düşüb, bu da illik müqayisədə 9,8% azalma deməkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

GÜNÜN MÜBARƏK,SUMQAYITIM!
23/11/2024 - 15:56
Onu da həbs gözləyir
19/11/2024 - 23:52
Azərbaycanlı alim vəfat edib
19/11/2024 - 23:44