Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 40%-dən çox artıb

14/08/2024 - 14:48

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 221 min və ya 41,6% çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. “Bu nəqliyyat növü ilə yükdaşıma 17,3% artaraq 233,4 min ton olub”, - məlumatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ