Azərbaycanda meymunçiçəyinə qarşı vaksinasiya məcburi olacaq?

16/09/2024 - 07:55

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya ölkələri meymunçiçəyi (mpox) xəstəliyi ilə mübarizə üçün 3.6 milyon dozadan çox vaksin ayırıblar. Publika.az xəbər verir ki, bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, təkrar pandemiya elan olunacağı və məcburi vaksinasiyanın həyata keçiriləcəyinə dair narahatlıq artıb. Azərbaycanda meymunçiçəyinə qarşı məcburi vaksinasiya ola bilərmi? Mövzu ilə bağlı Globalinfo.az-a danışan həkim-fitoterapevt Füzuli Hüseynovun sözlərinə görə, bu məsələ xəstəliyin gedişatından asılıdır. O deyib ki, əgər virusun yayılma tempi sürətlənərsə, vaksinasiya məcburi olacaq: "Meymunçiçəyinin yayılma tempi yavaş irəliləyərsə, peyvənd vurmaq könüllü ola bilər, amma sürətlə gedərsə, məcburi vaksinasiyaya keçmək mümkündür. Açığı, bu virus indiyə qədər olmayan bir xəstəlikdir. Bənzər xəstəliklər gələcəkdə daha da çoxalacaq. Çünki bununla paralel laboratoriyalar da inkişaf edir. Onların arxasında isə böyük miqdarda pullar dayanır. Mənim fikrimcə, bunun hamısı nəzarət altında olan əməllərdir. Sürət tempinin artması gözləniləndir. O halda isə vaksinasiya məcburi olacaq". Həkim bu xəstəlikdən qorunma yollarını açıqlayıb: "Bunlar hamısı virus infeksiyalarıdır. Bu tip virusların əksəriyyəti adətən hava-damcı yolu ilə yayılır. Amma meymunçiçəyinin təmas yolu ilə digər şəxsə keçdiyi deyilir. Təmas yolu ilə keçən infeksiyalarda o qədər də sürətli artım tempi olmur. Lakin yoluxma artarsa, bizim yeganə yolumuz immun sistemini gücləndirməkdən keçir. İmmun sistemimiz nə qədər güclü olsa, biz infeksiyanı qarşılayıb, yola da sala bilərik və heç bir problem olmaz".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00