Azərbaycanlılar Fransada etiraz aksiyası keçirir - VİDEO
28/11/2022 - 16:14
Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc aksiya keçirilir.
Qafqaz.media apa-ya istinadən xəbər verir ki, aksiyanı Avropada yaşayan azərbaycanlılar təşkil ediblər.
Avropadakı azərbaycanlılar Azərbaycan əleyhinə olan qətnamənin ədalətsiz və qərəzli olduğunu bildiriblər.
Qeyd edək ki, noyabrın 28-də Fransa Milli Assambleyası Azərbaycana qarşı bədnam qətnaməni müzakirəyə çıxaracaq.