Bakı sakini dava zamanı bıçaqlanıb
09/06/2024 - 06:06
Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1989-cu il təvəllüdlü Namazov Sərxan Saleh oğlu küçədə dava zamanı bıçaqlanıb.
O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada S.Namazov cərrahi əməliyyat edilib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.