Bakı-Sumqayıt yolunda yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

10/09/2024 - 15:31

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt yolunda açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. FHN-dən APA-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    ***

    14.37

    Bakı-Sumqayıt yolunda yanğın başlayıb. APA xəbər verir ki, yanğın yolun Abşeron rayonundan keçən hissəsində, açıq ərazidə qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ