BAKIDA 21 AZƏR HƏRƏKATININ 77-Cİ İLDÖNÜMÜ QEYD OLUNUB – Fotolar

11/12/2022 - 13:52

Dünən Azərbaycan Bütövlük Platforması 21 Azər Hərəkatının 77-ci ildönümü ilə bağlı elmi-nəzəri konfrans keçirib.

Qafqaz.media xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Bütövlük Platformasının sədri Bəhram İsmayıl 21 Azər günü ilə bağlı qısa məlumat verib.

İlk məruzəçi tarixçi professor Nəsib Nəsibli 21 Azər Hərəkatının ideoloji-hüquqi əsasları, xronologiyası haqda geniş çıxış edib. O, çıxışında Güney Azərbaycanda ötən əsrdə aparılan milli demokratik hərəkatın tarixinə nəzər salaraq, heç bir zaman millətin azadlıq arzusunun ölmədiyini bildirib: "Bütün hərəkatın lideri millətdir və tarixə möhürü o vuracaq".

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Daha sonra deputat Sabir Rüstəmxanlı  çıxış edərək, İranda illərlə hökm sürən istibdadın sonuna az qaldığını bildirib: "İran onsuz da dağılacaq. Bu regionda heç şübhəsiz aparıcı qüvvə Azərbaycan türkləridir. Biz millət olaraq, təşkilatlanmalı və dünyanın indiki siyasi düzənindən uduşla çıxmalıyıq".

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Tarixçi professor Boran Əziz 21 Azər Hərəkatının hədəfləri və məqsədləri haqda danışıb. O, həmin illərin təcrübəsindən bu gün xüsusi dərs götürməyin vacibliyini bildirib.

Tədbirdə iştirak edən Güney Azərbaycan keçici parlamenti təşkilat komitəsinin üzvü Abdulla Əmir Haşimi bütövlükdə, bu gün xaricdə və Güney Azərbaycanda aparılan mübarizə haqda geniş məlumat verib.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Daha sonra Azərbaycan Mill İstiqlal Pariyasından professor Vidadi Bəşirov, Milliyyətçi Hərəkatçıkar Birliyindən  Qorxmaz İbrahimli,  Haqq Ədalət Partiyasından Zəlimxan Məmmədli, Təbrizdən Səttar Mahmudoğlu, Məsumə Şükürzadə, xalq hərəkatından Bünyamin Qəmbərli, siyasi aktiv İbrahim Xəlili və digərləri mövzu ilə bağlı çıxış ediblər.

Tədbir yüksək əhval-ruhuyyədə və diskussuya şəraitində baş tutub.

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ankarada Azərbaycan SÖHBƏTİ
08/09/2024 - 11:12