Bakıda gənc oğlan bıçaqlanıb - YENİLƏNİB

20/10/2024 - 23:22

Oktyabrın 20-də paytaxtın Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Şamil Nəbiyevə kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və saxlanılması istiqamətində tədbirlər görülür. Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb. APA xəbər verir ki, hadisə Sabunçu rayonu 2 aprel küçəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü Şamil Nəbiyev küçədə dava zamanı bıçaqlanıb. Yaralı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktla bağlı araşdırma aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00