Bakıda yol qəzası: xəsarət alan var

10/06/2024 - 05:32

Bakının Nizami rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1979-cu il təvəllüdlü Haqverdiyeva Vüsalə Davud qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ