Bakının mərkəzində sərnişinin "silah şousu" vahimə yaratdı - ANBAAN VİDEO

07/08/2024 - 09:31

Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.

Publika.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

Şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil.

                           

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ