Bayden Ukrayna üçün gizli şəkildə 24 milyard istədi
Bayden gizli şəkildə Konqresdən Kiyev üçün əlavə 24 milyard dollar istəyib, məsələyə dekabrda baxıla bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” əldə etdiyi sənədə istinadən məlumat yayıb. “ABŞ Prezidenti Bayden Konqresə Ukraynaya yardım üçün əlavə 24 milyard dollar ayrılması və artıq Kiyevə təhvil verilən silahların müqabilində Amerika ordusunun silah ehtiyatlarının artırılması üçün gizli sorğu göndərib. Konqres müraciəti bazar ertəsi qəbul edib. Müraciətə görə, Bayden administrasiyası Amerika ehtiyatlarını artırmaq üçün 16 milyard dollar ayırmağı və daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı vasitəsilə təsdiq edilməsini təklif edib”, - nəşr bildirib. Konqresin Baydenin bu tələbinə razılıq vermə şansı zəif qiymətləndirilir.