Belçika Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdi

19/11/2023 - 22:59

Bu gün AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Belçikanın qonağı olub.

Qafqaz.media xəbər verir ki, komandamız bu oyunu böyük fərqlə - 5:0 hesabı ilə uduzub. 

Xatırladaq ki, F qrupunda mübarizə aparan millimiz bundan öncəki oyunda doğma azarkeşlər önündə İsveç millisini darmadağın etmişdi: 3-0

AVRO-2024-ün seçmə mərhələsi
F qrupu, X tur
19 noyabr
21:00. Belçika - Azərbaycan 5-0 

Qol: R. Lukaku, 17, 26, 30, 37, L. Trossard, 90

Qırmızı kart: E. İsrafilov, 24

Baş hakim: Gergo Boga (Macarıstan)
Brüssel. Kral Baudouin stadionu

Belçika: 12. Kun Kastels, 4. Vaut Fas, 5. Yan Vertongen, 21. Timoti Kastan, 3. Artur Teat, 18. Orel Manqala, 6. Aster Vranks, 9. Leandro Trossard, 19. Yohan Bakayoko, 7. Ceremi Doku, 10. Romelu Lukaku (k)

Baş məşqçi: Domeniko Tedesko