Bişkekin mərkəzində əcnəbilərlə davadan sonra əraziyə minə yaxın insan toplaşıb

18/05/2024 - 03:32

Bişkekin mərkəzində, yataqxana yaxınlığında əcnəbilərlə yerli sakinlər arasında kütləvi dava baş verib.

APA xəbər verir ki, bu barədə "AKIpress" agentliyi məlumat yayıb.

     

    Çuyski prospekti ilə Kurmanjan Datka küçəsinin kəsişməsində minə yaxın insan toplaşıb.

    Yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

    Polis vətəndaşların toplaşdığı küçəni su şırnağı maşınları ilə mühasirəyə alıb.

    Mayın 13-də Bişkekdə əcnəbilərin qaldığı hostellərindən birinin həyətində yerli sakinlərlə dava baş verib.

    İğtişaşlar zamanı bir neçə yerli sakin döyülüb.

    Bu gün sakinlər yataqxana ətrafına toplaşıblar.

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10