"Biz düzgün istiqamətdə hərəkət edirik, başqa seçimimiz yoxdur” - VLADİMİR PUTİN

25/12/2022 - 14:29

“Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir, Moskva həmişə bütün mübahisələri sülh yolu ilə, danışıqlar yolu ilə həll etməyə çalışıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində “Moskva.Kreml.Putin” proqramına müsahibəsində deyib.

“İnanıram ki, biz düzgün istiqamətdə hərəkət edirik, biz öz milli maraqlarımızı, vətəndaşlarımızın, xalqımızın mənafeyini qoruyuruq. Bizim sadəcə olaraq vətəndaşlarımızı qorumaqdan başqa seçimimiz yoxdur”, - dövlət başçısı bildirib.

Eyni zamanda, Putin qeyd edib ki, Rusiya həmişə yaranan bütün mübahisələrin sülh yolu ilə, danışıqlar yolu ilə həllini təmin etməyə çalışıb./report

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33