Blinken onu Trampa “tələ” qurmağa inandırdı: Rezonans doğuran bəyanat
Dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında saxlanılan ukraynalı deputat Aleksandr Dubinski Vladimir Zelenskinin Donald Trampdan münaqişənin həlli ilə bağlı təkliflər gözləməsi ilə bağlı rezonans doğuran bəyanatına münasibət bildirib. Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir. Parlamentarinin fikrincə, bu “hərəkət”i hazırkı dövlət katibi Entoni Blinkenin başçılıq etdiyi amerikalı demokratlar respublikaçını tələyə salmaq məqsədi ilə planlaşdıra bilərdilər. “Trampın ambisiyaları ilə oynayan Blinkenin möhkəm əlinin olduğunu görmək olar. Onlar yenə də onu Ukrayna məsələsində tutmaq istəyirlər”, - deyə deputat yazıb. Onun fikrincə, Kiyevin bu bəyanatı Trampa cavab variantı qoymamalıdır. “Əgər Tramp öz planını təklif etsə, onu Ukraynaya təzyiq göstərməkdə ittiham etməyə çalışacaqlar, əks halda, Zelenski onu yalan danışmaqda ittiham edə bilər. Biz isə əslində ABŞ Demokratik Partiyasına lazım olan qanlı marafonu davam etdirəcəyik ", - deyə Dubinski vurğulayıb.