Bolqarıstanda quş qripi virusu aşkar olunub:180 min toyuq məhv ediləcək

08/11/2023 - 00:54

Bolqarıstanda quş qripi epidemiyası qeydə alınıb.

Bu barədə Bolqarıstanın Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkənin şimal-şərqindəki Dobriç şəhəri yaxınlığındakı fermada virus xəstəliyi aşkar edilib, təxminən 180 min toyuq məhv ediləcək.

Yeni infeksiya mənbəyindən 3 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, bütün təsərrüfatlarda baytarlıq nəzarəti gücləndirilib. Quşların və onlardan hazırlanmış məhsulların daşınması qadağandır. Bütün ev quşları məhv ediləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06