Böyük Britaniyanın Baş naziri Meloni ilə görüşüb
16/09/2024 - 11:38
Böyük Britaniyanın Baş naziri Key Starmer qeyri-qanuni immiqrasiya ilə bağlı danışıqlar aparmaq üçün İtaliyanın Baş naziri Giorgia Meloni ilə görüşüb. APA xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Key Starmer səkkiz insanın ölümünə səbəb olan daha bir miqrant gəmisinin qəzasından bir gün sonra qeyri-qanuni immiqrasiya ilə mübarizəni müzakirə etmək üçün Romada italyan həmkarı Giorgia Meloni ilə görüşüb.