Bu döyüşün yeni tarixi açıqlandı

10/06/2024 - 05:28

Ceyk Pol və Mayk Tayson arasında keçiriləcək döyüşün yeni tarixi müəyyənləşib.

Publika.az xəbər veririk, jurnalist Ariel Helvani məlumat verib ki, bloger noyabrın 15-də əfsanəvi boksçu ilə görüşəcək.

27 yaşlı Pol və 57 yaşlı Tayson planlaşdırıldığı kimi, Arlinqtondakı (Texas, ABŞ) AT&T Stadiumunda döyüşəcək.

Döyüş keçən həftə “Dəmir Mayk”ın səhhəti ilə əlaqədar olaraq təxirə salınmışdı. Əfsanə Mayamidən Los-Ancelesə uçarkən xorasının şiddətlənməsi səbəbindən xəstələnib. Komandasının bir üzvü sonradan Taysonun “yaxşı olduğunu” iddia etdi, lakin həkimlər onu döyüşə yararsız hesab etdilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10