“Bu masada baş verəcəklər döyüş meydanındakı vəziyyətlə qırılmaz şəkildə bağlıdır” - Stoltenberq danışıqlar haqda

02/12/2022 - 21:02

“Əksər müharibələr danışıqlar masası arxasında bitir və Rusiyanın Ukraynaya qarşı müharibəsi də yəqin ki, eyni olacaq”.

Qafqaz.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Müharibələrin çoxu danışıqlar masası arxasında bitir və bu da yəqin ki, eyni olacaq. Lakin biz başa düşürük ki, bu masada baş verəcəklər döyüş meydanındakı vəziyyətlə qırılmaz şəkildə bağlıdır. Ukraynanı dəstəkləmək Ukraynanın qələbəsini təmin edən diplomatik nəticəni təmin edə biləcək yeganə yoldur. Biz sülhü nə qədər çox istəyirksə, bir o qədər kömək etməliyik”, - Stoltenberq bildirib.

Eyni zamanda, alyansın baş katibi əlavə edib ki, o, Rusiyanın xoş niyyətlə danışıqlar aparmaq istədiyinə dair heç bir sübut görmür.

Qafqaz.media