Ceyhun Bayramov İrana getdi
03/12/2024 - 08:50
Dekabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.