Daha bir əfsanə öldü - FOTO

30/09/2024 - 12:02

Amerikalı müğənni, bəstəkar və aktyor Kris Kristofferson 88 yaşında vəfat edib. Publika.az xəbər verir ki, məşhur aktyorun mətbuat katibi Ebi Makfarland onun ölümü ilə bağlı açıqlama verib. Kristoffersonun Havay ştatının Maui adasındakı evində öldüyünü bildirən Makfarland ölüm səbəbi ilə bağlı məlumat verməyib. Xatırladaq ki, Kristofferson 2021-ci ildə səhnə ilə vidalaşıb. Bəzi tədbirlərə nadir hallarda qatılırdı. Kantri musiqisində ilk ağla gələn adlardan biri olan Kristofferson bir çox Hollivud filmində çəkilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ