“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində təlim keçirilib - FOTO

15/07/2024 - 13:59

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində kartofçu-fermerlərə nəzəri təlim keçirilib.

APA-Economics” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilən təlimi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Hikmət Nəsirov keçib. O, “Kartofdan yüksək məhsul alınmasının becərmə texnologiyası” mövzusunda təqdimatla çıxış edərək, fermerlərə kartofun növbəli əkində yeri, torpağın əkinqabağı becərilməsi, gübrələmə sistemi, əkin materialı və onun hazırlanması, əkin, bitkilərə qulluq, məhsul yığımı, kartofun saxlanma şəraiti haqqında ətraflı məlumat verib. Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim sual-cavab formatında davam edib. Xatırladaq ki, cari ilin əvvəlindən icra edilən layihədə əsas məqsəd “AzerGold” QSC-nin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir. Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – fermerlər cəlb ediliblər. Layihə çərçivəsində, ümumilikdə 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, habelə layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85%-nin fermerlərə bağışlanması, məhsulun 15%-nin isə Səhmdar Cəmiyyət tərəfindən xeyriyyə məqsədilə istifadə edilməsi planlaşdırılır. Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosialyönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Səhmdar Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

 

“Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində təlim keçirilib - FOTO “Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində təlim keçirilib - FOTO “Daşkəsəndə kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində təlim keçirilib - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09