DİN vətəndaşlara xəbərdarlıq etdi - Video
12/05/2024 - 10:57
Daxili İşlər Nazirliyi vətəndaşlara, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı nazirlik sosial çarx hazırlayıb.
“Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalırlar. Hər bir vətəndaş diqqətli olmalıdır.
Yalan vədlərə inanmayın. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın”, - deyə Nazirliyin yayımladığı videoçarxda bildirilib.