Dünya bazarlarında neft ucuzlaşıb
22/03/2024 - 18:03
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0.70 % azalaraq 1 barelə görə 85.18 ABŞ dolları təşkil edib.
"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.72% azalaraq 80.49 ABŞ dollar təşkil edib.