Ekvador prezidenti ölkədə xarici bazaların yerləşdirilməsi üçün konstitusiyaya dəyişiklik etməyi təklif edib
17/09/2024 - 05:54
Ekvador Prezidenti Daniel Noboa ölkədə xarici hərbi bazaların yaradılmasına qoyulan qadağanın aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik edilməsi təklifini parlamentə təqdim edəcək. APA xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşdığı videomüraciətdə bildirilib. “Bu gün biz parlamentə 5-ci maddəyə dəyişiklik etmək məqsədilə konstitusiyaya dəyişiklik layihəsi təqdim edəcəyik. Bu maddə Ekvadorda hərbi məqsədlər üçün istifadə edilə biləcək xarici hərbi bazaların və obyektlərin yaradılmasını qadağan edir. Transmilli münaqişə kontekstində bizim milli və beynəlxalq cavab tədbirlərinə ehtiyacımız var”, - Prezident qeyd edib.