Ermənistanda Kuba vətəndaşı döyülərək öldürülüb
04/07/2024 - 05:58
Ermənistanın paytaxtı İrəvanda Kuba vətəndaşı 39 yaşlı Enrike Mauris Ramires döyülərək ağır xəsarətlər alıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, o, iyunun 25-də tibbi yardım üçün müraciət edib. Qeyd edilir ki, Kuba vətəndaşı müalicə aldığı xəstəxanada ölüb.
Hadisə ilə bağlı cinayət işi başlanıb.