Fransızlar Xaçatryanı Ermənistana verməyəcəklər – “AĞIR NƏTİCƏLƏRƏ SƏBƏB OLAR…”

22/11/2022 - 11:47

Fransa Sünik vilayətinin (Qərbi Zəngəzur) keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

Qafqaz.media erməni mediasına istinadən xəbər verir ki, Fransa məhkəməsi ekstradisiyanın Xaçatryan üçün ağır nəticələrə səbəb olacağını əsas gətirərək, ermənilərin istəyini rədd edib.

Xatırladaq ki, Sünik vilayətinin keçmiş rəhbəri 2019-cu ildən axtarışdadır. O, qiyabi həbs edilib. Xaçatryan vəzifə səlahiyyətlərindən sui-istifadədə, vəzifə saxtakarlığında, dövlətə ziyan vurmaqda ittiham olunur.

Bu günlərdə məlum olub ki, Baş Prokurorluq eks-qubernatordan 47 milyon dollardan artıq pulu müsadirə etmək istəyir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02