Gələn görüş Şuşa “Zirvə”sində olacaq - Fotolar

11/06/2024 - 07:26

Xəbər verdiyimiz kimi, iyunun 10-da Ankarada Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Qafqazinfo”nun məlumatına görə, təkbətək görüş zamanı Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü iyulda Şuşada keçiriləcək.

 






BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33