Gəncədə qəza olub, xəsarət alan var

09/08/2024 - 09:54

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" ilə "KİA "markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ