Goranboyda qəza olub, xəsarət alanlar var

18/08/2024 - 09:00

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb. Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb. Qəza zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.Yaralılara yardım edilib, daha sonra onlar evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ