Görün Vahid Ələkbərovun sərvəti ilin əvvəlindən bəri nə qədər artıb
Rusiyanın ən zəngin iş adamlarının sərvəti bu ilin əvvəlindən 24,29 milyard dollar artıb.
Publika.az xəbər verir ki, “Bloomberg milyarderlər” indeksinə görə, ilin əvvəlindən “Eurochem” və SUEK-in həmtəsisçisi Andrey Melniçenko 6,37 milyard dollar qazanıb, onun sərvəti 25,2 milyard dollara çatıb.
“Severstal”ın yaradıcısı Aleksey Mordaşovun sərvəti isə 5,89 milyard dollar artaraq 26,8 milyard dollara çatıb. Eyni zamanda, “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 3,24 milyard dollar qazanıb, onun sərvəti 27,9 milyard dollardır.
Ən böyük itkiləri Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov yaşayıb. Onun sərvəti 4,85 milyard dollar azalaraq 16,2 milyard dollara düşüb.