Güneyli gənc cütlük həbs cəzası aldı - FOTO

12/12/2022 - 09:54

Oktyabrın 8-də Təbrizin Şahnaz məhəlləsində həbs edilən Mehrdad Əlayi Vəli və xanımı Nəyyir Sənəndəcian Hökmabadi barəsində həbs cəzası verilib.

Onlar "qanunsuz aksiyada iştirak" ittihamına görə iki həbs cəzasına məhkum edilməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışlarına da qadağa qoyulub.

Hazırda Təbriz həbsxanasında tutulan azərbaycanlı cütlüyün barəsində çıxarılan həbs qərarı Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb./araznews