Gürcüstan-Ermənistan sərhədində narkotik qaçaqmalçılığı

29/07/2024 - 17:03

Ermənistanın Gürcüstanla sərhəddəki keçid məntəqələrindən birində yoxlama zamanı 5 kq-dan çox narkotik vasitə aşkar edilib. Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb. Əvvəlcə gələn sərnişindən 4 kq 43 qram metamfetamin aşkar edilib. Onun etirafları sayəsində cinayət şəbəkəsini açmaq və 996 qram metamfetamin olan başqa bağlama tapmaq mümkün olub. 3 şübhəli şəxs saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10