Gürcüstan hökuməti Saakaşvilinin 3 ay əvvəl çəkilən FOTOlarını yaydı… - SABİQ PREZİDENTİN “ÖZÜNÜ YAXŞI HİSS ETDİYİNİ” DEDİLƏR, AMMA…

10/12/2022 - 23:04

““Gürcü Arzusu” siyasi maraqlar naminə Mixail Saakaşvilinin vəziyyətini daha da çətinləşdirməyə çalışır”.

Qafqaz.media xəbər verir ki, bu barədə gürcü siyasətçi Giorgi Vaşadze deyib.

Jurnalistin “Vivamed”də olan Mixail Saakaşvilinin son vaxtlar yayılan fotoşəkilləri ilə bağlı sualına cavab verən Vaşadze deyib ki, “Gürcü Arzusu”nun iddiasının əskinə olaraq, həmin fotolar 3 ay əvvəl çəkilib.

“Həkimlərin dediyinə görə, Mixail Saakaşvilinin vəziyyəti bu gün daha ağırdır. Bu fotolar üç ay əvvəl çəkilib və bu gün onun vəziyyəti çox pisdir. Biz beynəlxalq ictimaiyyətin və Gürcüstan cəmiyyətinin çox aydın mövqeyini görürük. Fakt budur ki, Mixail Saakaşvilinin müalicəyə ehtiyacı var və əks halda sağalması mümkün deyil. Biz hamımız gücümüzü birləşdirməliyik ki, o, tez bir zamanda xaricə aparılsın”, - Vaşadze qeyd edib.

Qafqaz.media