Gürcüstanın hakim partiyasının icraçı katibi: ABŞ sanksiyaları ölkədəki seçkilərə müdaxilədir

17/09/2024 - 06:01

ABŞ-nin Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar respublikada oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir. APA xəbər verir ki, bunu hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze mətbuat konfransında deyib. Bu, bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə, iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - Mdinaradze qeyd edib. Siyasətçinin sözlərinə görə, seçkilər yaxınlaşdıqca partiya ABŞ-dən daha sərt sanksiyalar və bəyanatlar gözləyir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30