Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb

16/10/2024 - 23:58

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb. Belə ki, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Ramazanov Vladimir Mirzəqəni oğlu dəmir kəsərkən üzərinə metal düşərək ağır yaralanıb. O, xəstəxanaya çatdırılarkən həkiməqədər ölüm hadisəsi qeydə alınıb. V.Ramazanovun dəmir qırıntılarını yığmaqla məşğul olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00