Hindistan bu dəhşətli silahı Ermənistana göndərir? - İrəvandan ikibaşlı açıqlama

25/11/2024 - 14:32

Hindistanın müdafiə mənbələrinə görə, bu ölkə Ermənistana "Pinaka" reaktiv yaylım atəşi sistemlərini (MBRL) tədarük etməyə başlayıb. Bu xəbər Ermənistan mətbuatı tərəfindən tirajlanıb. Publika.az xəbər verir ki, "Hraparak” nəşri məsələ ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyana müraciət edib. Sorğu belə cavablandırılıb: "Xahiş edirəm, yalnız Ermənistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlığa dair rəsmi mesajlarını, o cümlədən səlahiyyətli məmurların bəyanatlarını əsas götürəsiniz”. Xatırladaq ki, ötən gün Müdafiə Nazirliyi məlumat yayıb və qeyd edib ki, xarici və Ermənistan KİV-lərinin müdafiə qabiliyyətini genişləndirmək məqsədilə silahların alınması, o cümlədən danışıqların təfərrüatları ilə bağlı həqiqətə uyğun olmayan bir sıra yazılar dərc etməkdə davam edir. "Ermənistan Silahlı Qüvvələri bütün bunları nəzərə alaraq, bir daha bu cür materialları dərc etməzdən əvvəl müdafiə nazirliyi ilə müvafiq dəqiqləşdirmələr və düzəlişlər etməyə çağırır”, - deyə məlumatda deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24
Putin Ərdoğanla danışdı
24/11/2024 - 19:33
Doqquz terrorçu məhv edildi
24/11/2024 - 16:30