HƏMAS atəşkəs razılaşması üçün istənilən yeni şərti rədd edir

12/09/2024 - 06:04

HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini rədd edib. APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumatda bildirilir ki, HƏMAS-ın siyasi büro üzvü Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti Dohada Qətərin baş naziri və Misir kəşfiyyatının rəhbəri ilə görüşüb. Görüşdə tərəflər Qəzza zolağında baş verənləri müzakirə ediblər. “Hərəkatın Co Baydenin 31 may 2024-cü il tarixli bəyanatı, Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi və 2 iyul 2024-cü ildə razılaşdırılan atəşkəs razılaşmasını heç bir yeni tələb irəli sürmədən dərhal həyata keçirməyə hazır olduğu vurğulanıb”. – deyə məlumatda bildirilir. Həmçinin qeyd olunur ki, hərəkat tərəflərin hər hansı birindən bu razılaşma üçün istənilən yeni şərti rədd edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rusiyada güclü ZƏLZƏLƏ
21/09/2024 - 20:10
Milan Moda Həftəsi başlayır
17/09/2024 - 06:57