İlin ilk Super Ayı müşahidə olunmağa başlayıb

20/08/2024 - 07:33

Bu gün 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunmağa başlayıb.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu gün Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 km olacaq. Super Ay adlandırılan bu hadisə zamanı Ay 14% böyük və 30% parlaq görünür. Məlumatda qeyd edilib ki, ilin sonunadək 18 sentyabr, 17 oktyabr və 15 noyabrda daha 3 Super Ay müşahidə olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ