"İran bütün dünyada terror aktları törətməyə cəhd edir" - “MOSSAD” RƏHBƏRİ

24/12/2022 - 15:48

İsrail xarici kəşfiyyatı idarəsi “Mossad”ın rəhbəri David Barnea bəyan edib ki, İran Rusiyaya qabaqcıl silahların göndərilməsini genişləndirməyə hazırlaşır. 

“Rusiyanı qabaqcıl silah sistemləri ilə təmin etmək üçün Tehranın geniş planları var. Ancaq Tehran bu fəaliyyətini tam məxfilik şəraitində həyata keçirməyə çalışır”, - o qeyd edib.

“Mossad”ın rəhbəri İranın nüvə silahı əldə etmək cəhdlərini də davam etdirdiyini qeyd edib. David Barnea bildirib ki, İsrail Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək.

“Mossad” rəhbəri xəbərdarlıq edib ki, İranın teokratik rejimi bütün dünyada terror aktları törətmək cəhdlərini gücləndirir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33