İran Prezidenti İbrahim Rəisi ilə birgə həlak olanların adları AÇIQLANDI
İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra bu gün İranın vitse-prezidenti Məhəmməd Moxberin rəhbərlik etdiyi Nazirlər Kabinetinin növbədənkənar iclası başlayıb.
Qafqaz.meda xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" xəbər yayıb.
Məlumata görə, iclasda Məhəmməd Moxber İran Prezidenti İbrahim Rəisinin helikopter qəzası nəticəsində həlak olduğunu bildirib.
Qeyd olunub ki, helikopterdə İran prezidenti ilə birlikdə həlak olan digər rəsmilərin də adları açıqlanıb.
"Onların arasında İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olub", - deyə Moxber bildirib.