İrana bağlı qrup hücum etdi - ABŞ zərbə endirdi

27/11/2024 - 10:07

ABŞ ordusu Suriyada İranın dəstəklədiyi qruplaşmanın silah anbarına zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. “Noyabrın 26-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri İrana bağlı qrupun Suriyadakı silah anbarına hücum edib. Zərbə İranın dəstəklədiyi qüvvələr tərəfindən Suriyada ABŞ əsgərlərinə qarşı həyata keçirilən hücuma cavab olub”, - məlumatda deyilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ