"İranda türk qadınlar zülm görür" - Təbrizli hüquq müdafiəçisi

30/11/2022 - 11:55

“İranda bizim qadınlarımız uzun müddətdir zülmə məruz qalırlar”.

Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli "Urmu gölünün harayı" adlı tədbirdə deyib.

O qeyd edib ki, İrandakı İslam rejimi qadın haqlarını tanınmır:

“Qadına kişinin yarısı kimi münasibət göstərilir. Baş örtüyü məcburidir. Xüsusən də türk olan qadınlar zülm görür. Həm qadın, həm də türk olduqları üçün irqi ayrı-seçkiliyə məruz qalırlar. Bundan başqa, uşaqlarımız ana dilində təhsil ala bilmir. Hər uşaq məktəbə gedəndə sevinər, amma bizim uşaqlarımız ağlayırlar. Çünki müəllimin dilini bilmirlər. Bu səbəbdən də çoxları savadsız qalır”.