İrandakı rejim gizli planını işə salır - Sağ qalmaq üçün “B” planı

05/07/2024 - 02:46

Ehtimal ki, İranda prezidentliyə namizəd olan Məsud Pezeşkian prezident olacaq.

"Report" xəbər verir ki, bu fikirləri jurnalist Turan İbrahimov "Baku tv"nin efirində səsləndirib.

Onun sözlərinə görə, Pezeşkianın seçkiyə buraxılması, türk olmasının dəfələrlə vurğulanması İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin və üzdə olmayan əsas fiqurların verdiyi qərardır.

"Bölgədə geosiyasi vəziyyət dəyişib. Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra fərqli bir prosesin içindəyik. Xüsusilə, bölgədə türk faktorunun ön plana çıxması, Türk Dövlətləri Təşkilatının getdikcə daha da ciddi təşkilata çevrilməsi, müxtəlif spektrlərdə birləşməsi İranda da türkçülük ideyalarının, tərəfdarlarının səsinin yüksəlməsinə gətirib çıxarıb. İranda rejimi saxlamaq istəyənlər də bilirlər ki, türk faktorunun yüksəlməsi onlar üçün təhlükədir", - o qeyd edib.

T.İbrahimov vurğulayıb ki, Pezeşkian prezident seçilmərək İranda yüksələn türkçülük əhval-ruhiyyəsi və onun İran üçün təhlükələrini minimuma endirməyə çalışacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ