İrandan Hizbullaha "ölümsaçan hədiyyə"-SEPAH Suriyadan keçərək Livana kimyəvi raketlər daşıyır

21/11/2022 - 14:22

Qafqaz.media "news.israelinfo" saytına istinadla bildirir ki, Səudiyyə Ərəbistanının "Əl-Hədas" kanalı kimyəvi döyüş başlıqları olan raketlərin Suriyadakı Hizbullah anbarlarından Livana ötürüldüyü barədə məlumat yayıb. Telekanalın mənbələrinin məlumatına görə, kimyəvi döyüş başlıqlarının yığılması əməliyyatına İran emissarı Qasim-Abdalla Masudyan, eləcə də Şimali Koreyalı ekspertlər nəzarət ediblər.
Kütləvi qırğın silahları Suriyanın Homs əyalətindəki Masyaf Mərkəzindən (İsrailin son illərdə dəfələrlə bombaladığı) mülki yük maşınları ilə Suriya-Livan sərhədi yaxınlığındakı Quseyr şəhərinə daşınıb. Quseyrə daşınma İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölməsi tərəfindən həyata keçirilib.
Məsələ ilə bağlı məlumatlı mənbə kanala bildirib ki, Hizbullah İsrail tərəfindən bombalanmamaq üçün kimyəvi döyüş başlıqlı raketləri Livana daşımağa tələsib. Səudiyyə kanalı bildirir ki, raketlər Livanın cənubunda, UNIFIL bazası yaxınlığındakı Bint Cbeil kəndi yaxınlığında saxlanılır.
Söhbət 110 “Fəcr” raketindən və ionilxloridlə (kükürd turşusu xlorid) doldurulmuş 300 “Fateh” raketindən gedir.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33